Yaxın Şərqdə noyabrın 5-dən 6-na keçən gecə tarazlığı dəyişdirə biləcək hadisə baş verdi. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yerinə göz dikə biləcək 11 şahzadə və 39 digər yüksək vəzifəli şəxs həbs olundu.
Həbslərə kral Salman bin Əbdüləziz əs-Səud tərəfindən qurulan və şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi komissiya yaşıl işıq yandırıb.
Komissiya qurulduqdan dərhal sonra həbs dalğası başlanıb. Gözlənildiyi kimi, həbs olunanların hamısı müxalif adlar idi. Ən diqqətçəkən adlar isə kral Abdullahın 2-ci oğlu olan və taxtda idda etmə potensialına sahib şahzadə Mutaib bin Abduləziz və şahzadə Turku bin Abdulla oldu.
Lakin bu, hələ son deyil. Səudiyyə Ərəbistanında yeni həbs dalğasının siqnalı verilib. Bir neçə gün ərzində hərbi və mülki bürokratiyadan onlarla 500 ali səviyyəli idarəçinin həbs ediləcəyi bildirilir.
Səudiyyə Ərəbistanının baş hakimi Şeyx əl Moyeb kral ailəsindən olan şahzadələrin və onlarla məmurun həbs edilməsinə dair açıqlama verib. O, bu əməliyyatları “sadəcə bir başlanğıc” adlandırıb.
Həbslərlə vəliəhd şahzadə mümkün bir saray çevrilişi cəhdinin qarşısını aldığı bildirilir. Qəfil həbslərin səbəbi kimi şahzadənin 2030-cu il hədəfləri göstərilsə də təlimatın Vaşinqtondan gəldiyinə şübhə etməyənlər kifayət qədərdi.
Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında baş verən və Yaxın Şərqdə yeni cəbhələşmənin önünü açan iqtidar savaşının arxasında ABŞ prezidenti Donald Trampın məsləhətçisi və kürəkəni Jared Kuşner dayanır.
Məlumata görə, Tramp administrasiyasının zaman və coğrafi sərhəd məhdudiyyəti olmadan müharibə etmək üçün Senatdan səlahiyyət almaq istədiyi bir vaxtda Kuşner Ər-Riyada gizli şəkildə səfər edib. Səfərin oktyabr ayının son həftəsində reallaşdırıldığı deyilir.
Gecə saatlarında vəliəhd şahzadə Məhəmməd ibn Salman ilə həyata keçiriləcəyi strategiyanı müzakirə edib. Yəhudi əsilli Kuşner oktyabrın 28-də ABŞ-a qayıdıb. Ağ Ev gizli səfərlə bağlı iddiaları qəbul etməyib. Daha isə isə vəliəhd şahzadənin sentyabr ayının ilk həftəsində İsrailə gizli səfər etdiyi barədə xəbər yayılmışdı.
Bildirilir ki, Vaşinqton Qəzza, Livan, Şimali İraq və Suriyada daxil olacağı müharibə öncəsi Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı və Liviyada general Hafterin iştirak edəcəyi quru gücü formalaşdırmaq üçün hazırlıq görür.
Plana görə, ilk əməliyyat Qəzzada həyata keçiriləcək. Misir ordusu Qəzzanı işğal edəcək və İsrail-Misir-Birləşmiş Ərəb Əmirliklərinin ortaqlığı ilə qurulacaq yeni hakimiyyət Yaxın Şərqin “muzdlu qatili” hesab olunan Məhəmməd Dahlana təhvil veriləcək. Qəzzada “Həmas” idarəçilikdən uzaqlaşdırılacaq.
Ortaq quru gücün ikinci ən mühüm məqsədi Livanda “Hizbullah”ın fəaliyyətinin dayandırılmasıdır.
“Həmas”ın təcrid edilməsi və “Hizbullah”ın Livanda zərərsizləşdirilməsinin yer aldığı plan tamamilə Məhəmməd ibn Salmanın rəqibləri üzərində nəzarətin təmin edilməsinə xidmət edir.
Paylaş: