Səudiyyə krallığında dünən gecə aparılan kadr islahatları qanlı-qadalı olub. Məlumata görə, 44 yaşlı vəliəhd Əbdüləziz bin Fahd onu tutmağa gələn təhülkəsizlik qüvvələriylə atışmada öldürülüb.
Ovqat.com xəbər verir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosunun sabiq agenti Əlo H. Soufan özünün “Twitter” səhifəsində bu iddianı irəli sürüb.
Qeyd edək ki, vəliəhd Əbdüləziz bin Fəhd ötən gün Səudiyyə Ərəbistanında istefa verdiyini açıqlayan Livanın Baş naziri Səad Həririnin ortağıdır.
Bu, kral Əbdüləziz bin Səlamın öz oğlu Məhəmmədi səltənətin varisi – I vəliəhd elan etməsindən sonra kraliyyət ailəsində baş verən ikinci qanlı hadisədir. İlk belə hadisə təyinatdan dərhal sonra baş vermiş, kralın fərmanına qarşı üsyana qalxan 26 yaşlı vəliəhd Salman bin Abdullah bin Türki əl-Səud qətlə yetirilmişdi.
Paylaş: