Xəbər lenti

                            

ABŞ prezidentinin sabiq milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn Donald Trampa qarşı ifadə verməyə hazır olduğunu bildirib.Bu barədə ABC News xəbər verib.
Telekanalın məlumatına əsasən, o,  Trampın Rusiya ilə əlaqəyə girmək istədiyini bildirib.

Bundan əvvəl Maykl Flinn etiraf edib ki, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə əlaqədə olmasına dair Federal Təhqiqatlar Bürosuna yanlış ifadə verib.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.//APA




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 1-12-2017, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma