Xəbər lenti

 ABŞ xüsusi prokuroru Robert Müller Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı Ağ Evin əməkdaşlarını dindirməyə başlayıb.

 APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər verib.

 Məlumata əsasən, xüsusi prokurorun nümayəndələri Ağ Evdə Milli Təhlükəsizlik Şurası aparatının rəhbəri Kit Kelloqun ifadəsini alıblar. Diqqət mərkəzində prezident Donald Trampın sabiq milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinnin fəaliyyəti olub.

 ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn fevralda istefa verib. Buna səbəb onun vəzifəsinin icrasına başlamazdan öncə, prezident Donald Trampın andiçməsindən əvvəl, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışıqlarında ona Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğv edilə biləcəyi barədə vəd verməsi olub.  

 

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.




Ana səhifəyə qayıt        Baxış: 875          Tarix: 30-09-2017, 09:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma