Xəbər lenti

Amerikalı müstəntiqlər "Rusiya işi" ilə əlaqədar ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinnə qarşı ittihamlar irəli sürmək üçün kifayət qədər məlumat toplayıblar.

Bu barədə "Report" NBC-yə istinadən xəbər verir.

Mənbələr ittihamların həmçinin M.Flinnin oğluna qarşı da irəli sürülə biləcəyini bildirir.

Xatırladaq ki, M.Flinn Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin şübhələndiyi ilk Tramp tərəfdarlarından olub. Onu bu ilin fevral ayında məsləhətçi vəzifəsində cəmi 24 gün çalışdıqdan sonra postundan uzaqlaşdırıblar.

Bu iş üzrə digər adı hallanan şəxsə - Donald Trampın seşki kampaniyasının köhnə rəhbəri Pol Manaforta ev həbsi veriləndən sonra R.Müller M.Flinnə qarşı təzyiqləri artırıb.

NBC yazır ki, hazırda müstəntiqlər Maykl Flinnin çirkli pulların yuyulmasında iştirak edib-etmədiyini və onun xaricə səfərlərlə bağlı federal agentlərə yalan deyib-demədiyini müəyyənləşdirmək məqsədi ilə şahidləri dindirirlər.




Ana səhifəyə qayıt        Baxış: 846          Tarix: 6-11-2017, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma