Xəbər lenti

ABŞ yeni raket üçün HƏRƏKƏTƏ KEÇDİ: 1 ay sonra...

ABŞ-ın “SpaceX” şirkəti 2018-ci ilin yanvar ayı üçün "Falcon Heavy” ağır tutumlu raket daşıyıcısının orbitə buraxılacağını elan edib.

Publika.az xəbər verir ki, bu barədə şirkətinin rəhbəri Elon Mask özünün şəxsi Tvitter hesabında yazıb. Şirkət "Falcon Heavy” 18 ədəd ağır tutumlu raket-daşıyıcısını Florida ştatında yerləşən Kanaveral burunundan kosmosa göndərəcək.

Elon Mask Yerə möhtəşəm görüntülərin göndəriləcəyinə zəmanət verdiyini də qeyd edib.

“Falcon Heavy” ağır sinifli “Falcon 9” raketi əsasında qurulub. Raketin ilk sınağı isə Texas ştatında baş tutub.




Ana səhifəyə qayıt        Baxış: 769          Tarix: 2-12-2017, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma