Xəbər lenti

Rusiya məxfi silahı işə saldı: ABŞ-a CAVAB - VİDEO

Rusiya Arxangelsk vilayətinin “Plesetsk” kosmodromundan “RS-24 Yars” qitələrarası ballistik raketin işə salınması həyata keçirilib.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, ballistik raket bölünən baş hissə ilə təchiz edilib.

“İşə salınmanın əsas məqsədi analoji sinifdən olan raketlər partiyasının etibarlılığını təsdiq etməkdir. Eksperimental döyüş blokları Kamçatka yarımadasında “Kur” poliqonunda müəyyən edilmiş hədəflərə çatıb”, - xəbərdə deyilir.

Müdafiə Nazirliyindən həmçinin bildiriblər ki, işə salınma müvəffəqiyyətlə yerinə yetirilib.

Qeyd edək ki, sözügedən ballistik raketi məxfi adlandırırlar. Artq işə salınmasına baxmayaraq, onun haqqında məlumat çox azdır.

Bu ayın əvvəlində ABŞ “SpaceX” şirkətinin istehsalı olan “Falcon Heavy” super ağırçəkili raketin birinci müvəffəqiyyətli sınaqlarını keçirib. Bildirilir ki, o dünyada ən güclü kosmik raket statusuna iddia edə bilər.

Şirkətin ilkin hesablamalarına görə, “Falcon Heavy” raketinin işə salınması 120 milyon dollara başa gələcək. Raketin birinci işə salınması cari ilin noyabrına planlaşdırılıb. “Falcon Heavy” 1420 ton təşkil edir, ancaq raket 63 ton yükü aşağı yerətrafı orbitə çıxara biləcək.




Ana səhifəyə qayıt        Baxış: 890          Tarix: 13-09-2017, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma