Xəbər lenti

İraq ordusu PYD-YPG terror qruplaşmasının onurğası hesab olunan Demokratik Suriya Qüvvələri (DSQ) ilə Suriya-İraq xəttində sərhəd təhlükəsizliyi barəsində saziş imzalayıb.

Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Məlumata görə, hər iki tərəfin nümayəndələri İraq-Suriya sərhədində görüşüblər.

Görüş zamanı sərhədlərin təhlükəsizliyi məsələsi geniş müzakirə edilib və birgə koordinasiya mərkəzinin yaradılması qərara alınıb.

Sərhəd təhlükəsizliyi barədə anlaşmanın imzalanması ABŞ tərəfindən diqqətlə müşahidə olunub. İŞİD əleyhinə koalisiyada iştirak edən ABŞ, İngiltərə və Fransa əsgərləri də həmçinin Deyr əz-Zorda DSQ nümayəndələri ilə görüş keçirib/Axar.az.




Ana səhifəyə qayıt        Baxış: 308          Tarix: 12-12-2017, 15:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma