Xəbər lenti

İraq açıqladı: “İŞİD bitdi”

İraqın Daxili İşlər Nazirliyi İŞİD terror təşkilatının fəaliyyətinin ölkədə hərbi baxımdan sona çatdığını elan edib.

Publika.az xəbər verir ki, daxili işlər naziri Qasım əl-Araci təşkilatın nəzarətində qalan son bölgə Ravanın geri alınmasından sonra təhlükəsizlik qüvvələri İraq xalqı və şiələrin dini lideri Əli əs-Sistanini təbrik edib.

Təbrik mesajında “Beləliklə, İŞİD İraqda hərbi cəhətdən bitmiş vəziyyətdədir” ifadəsinə yer verilib.

Qeyd edək ki, dünən İraq ordusu yerli dini qruplaşmalarla birlikdə Ənbər şəhərinin 230 kilometrliyində yerləşən Ravanı İŞİD-dən təmizləmişdi.

Təhlükəsizlik qüvvələri gələcək günlərdə ölkənin qərbindəki geniş çölləri minalardan təmizləməyə və Suriya sərhədində təhlükəsizliyi təmin etməyə hazırlaşır.




Ana səhifəyə qayıt        Baxış: 769          Tarix: 18-11-2017, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma