Xəbər lenti


                                  Poeziya tarixdən daha fəlsəfi və daha
                                ciddidir:poeziya daha çox ümumidən,
                                tarix xüsusidən bəhs edir.
                                                                    Aristotel
   1918-ci ilin iyul ayının 4-ü idi. Dan yeri təzə-təzə sökülürdü. Baqratın paslı
zəngi çalındı. Tayqulaq  Andranikin qoşunu qonşu Güznüt kəndindən Nehrəmin
üstünə yeridi...
Güznütdə çoxlu erməni yaşayırdı.  Türkmənçay müqaviləsindən, yəni 1828-il-
dən sonra Azərbaycana, o cümlədən Naxçıvana da ermənilərin kütləvi köçürülmə
prosesi başlanmışdır. 96 erməni ailəsini də, Güznüt kəndinə yerləşdirmişdilər. Bu
illər ərzində onlar təbii ki, bir az da artıb, çoxalmışdılar. O dönəmdə Güznüt kəndi
artıq daşnak yuvasıydı. Onu da qeyd edim ki, məlum-məlun Nijde də (Qareqin
Ter-Arutyunyan), bu dünyada yorulmadan fitnə-fəsad törətmək üçün 1 yanvar
1886-cı ildə elə bu kənddə doğulmuşdur.
  Güznütdə yaşayan daşnaklar canı-könüldən Andranikə qoşulmuşdular. Digər
Güznüt erməniləri isə Nehrəmdən böyük qənimət əldə etmək niyyəti ilə Androni-
kin yanında idilər. Tarixi mənbələrə görə, sovet höküməti gələnə kimi Nehrəm
əhalisinin 70 faizindən çoxu mülkədar olub. Ətraf kəndlərdə yaşayan adamların,
o cümlədən ermənilərin də, bundan xəbəri vardı. Ona görə də, Andranikin Nehrəmə
hücumu acgöz ermənilər üçün bir fürsət idi. Fikirləşirdilər ki, Andranik
Nehrəmin altını üstünə çevirər, biz də var-dövlətini  talan edərik.
  Nehrəm toylarında çalğıçı kimi iştirak edən erməni Qəcovun oğlu da, varlanmaq
eşqi ilə Andranikə, onun quldur dəstəsinə qoşulur. Nehrəmliləri yaxından tanıyan
Qəcov oğlunu bu fikirdən daşındırmaq üçün ona öyüd-nəsiyyət eləyir. Qəcov
nə illah eləsə də, oğlu dinə-imana gəlib daşı ətəyindən tökmür. Əli yerdən- göydən
üzülən biçarə ata deyir, ay oğul sənin əcəlin cəhrə əyirir, ora Qoca Nehrəm deyərlər,
ora pis niyyətlə gedən xeyir tapmaz. Elə, axırda Qəcovun dediyi kimi də olur: nə Andranik
xeyir tapır, nə də Qəcovun sərsəm oğlu. Andranik biabırçı şəkildə məğlub olub qaçır,
 Qəcovun oğlu da cəhənnəmə vasil olur.
 Nehrəmlilərin Andranik və onun qudurmuş quldur dəstəsi üzərində,
necə deyərlər, şanlı qələbəsindən sonra, Sona xanım bir şeir yazır. Daha doğrusu
şeiri yazmır,  bədahətən deyir. Bunu, şeirin sonuncu bəndinin birinci misrasından
da, anlamaq olar. “Sona xanım şeiri dedi özündən” misrası, şeirin
bədahətən  deyildiyindən xəbər verir. “Xanım” sözü ilə də, Sona xanım özünün
xanım-xatınlığına işarə vurur. Onu da deyim ki, bu şeir 90-cı illərdən bəri Nehrəm
kəndində toylarda tez-tez oxunur.
 Sona xanım Nehrəmin hörmətli ağsaqqallarından və sevimli müəllimlərindən
olan Mehralı müəllimin nənəsidir. Sona xanımın çoxlu şeirləri olub. Təssüflər
olsun ki o şeirlər bizə gəlib çatmayıb. Amma təkcə bu dəyərli şeirə görə də,
Sona xanımı Nehrəmin ilk qadın şairəsi hesab etmək olar. Şeiri oxuduqdan sonra
inanıram ki, siz də mənimlə razılaşacaqsınız.

 Nehrəmlilər göydən quşu endirir!

 Baqratın o paslı zəngi vuruldu,
Erməni qoşunu nizama durdu.
Andranik yeridi Nehrəm üstünə,
Nehrəmlilər durdu düşmən qəsdinə,
Cəmdəyi yığdılar cəmdək üstünə,
Yeri ha, yeri ha köpək Əndiri,
Nehrəmlilər göydən quşu endirir!

 Müslüm pusub Hacəlinin bağında,
Müseyib solunda, Sadıq sağında,
Qırıb tökür İmamzadə yolunda,
Yeri ha, yeri ha köpək Əndiri,
Nehrəmlilər göydən quşu endirir!

 Yavər də, topunu durmadan atdı,
Erməni qoşunu yan-yana yatdı.
Hay ilə gəlmişdi, vay ilə getdi!
Yeri ha, yeri ha köpək əndiri,
Nehrəmlilər quşu göydən endirir!

 Ərəzinli Səməd, Nehrəmli müslüm,
Hücuma keçdilər hamıdan üstün,
Erməni qoşunun etdilər  təslim,
Yeri ha, yeri ha köpək Əndiri,
Nehrəmlilər göydən quşu endirir!

 Sona xanım şeiri dedi özündən,
Güllə dəysin Andranikin gözündən.
Nehrəmlilər dönmədilər sözündən,
Yeri ha, yeri ha köpək Əndiri,
Nehrəmlilər göydən quşu endirir!

 İndi isə şeirin özündə qoruyub saxladığı bəzi məqamlara aydınlıq gətirmək istəyirəm.
İstəyirəm ki, bu şeiri oxuyanlar şeirin alt qatında olanları aydın şəkildə təsəvvür edə bilsinlər.
 Əndiri- Andranikin Nehrəm “dilində” adıdır. Deyirəm, Sona xanımın məkanı
cənnət olsun, bu adı  necə də ustalıqla yaradıb. Andranikə yaraşan bir addır. Müdafiəsiz
uşaqları, kimsəsiz qadınları, əlsiz-ayaqsız qocaları qətlə yetirməklə xalqının qəhrəmanı olan
bir tayqulaq quldura bundan gözəl daha nə ad vermək olar. Bir dəki, elə xalqa belə  
qəhrəman yaraşır.
    Müslüm – həm Nehrəmdə, həm Naxçıvanda və həm də, digər kəndlərdə ermənilərə qarşı
döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Mirzə Bağır Əliyev “Qanlı günlərimiz” adlı
gündəliyində (1918-ci il iyul ayının 24-də) yazır : “Sonra Cavid bəy həzrətləri səflər qarşısında
durub Nehrəm əhli Müslüm Bağırbəyovu və topçu İran əhli Yavər Əfəndini hüzuruna çağırıb,
 onların göstərdiyi rəşadət və cəsarət
haqqında əvvəlinci dövlət nişanı ilə onları sərəfraz qıldı və Nehrəm müharibə-
sində bunlar tərəfindən göstərilən rəşadət haqqında bunları təbrik etdi”. (Mən
Mirzə Bağır Əliyevin yazdığı cümləni olduğu kimi diqqətinizə çatdırdım. Bu Mir-
zə Bağırın həmin gün gündəliyində yazdığı dördüncü cümlədir) Bu cümlədən belə
məlum olur ki, Müslüm Bağırbəyov və topçu Yavər Əfəndi Türkiyənin o dövr üç-
ün əvvəlinci dövlət nişanına layiq görülüblər. Mirzə Bağır Əliyevin əvvəlinci döv-
lət nişanı dediyi  “o dövr”,Türkiyədə xalq arasında “Məcidiyə Nişanı” kimi tanınan
“Məcidi Nişanı”dır.1852-1922-ci illər arasında verilən əsgəri və qəhrəmanlıq nişanıdır.
 Sultan Əbdülməcid dönəmində təsis olunub.

 

 

      Müseyib Müslümün qardaşı Sadıq isə, əmisi oğludur. Hər ikisi Müslümlə birlikdə
ermənilərə qarşı çiyin-çiyinə vuruşublar. Hər ikisi də, qəhrəmanlıq göstərib. Əks halda,
 Sona xanım onların adlarını xatırlamazdı.

     Bu şeirdə adları anılmayan və Nehrəmin müdafiəsində qəhrəmanlıq göstərən digər
 insanlar da var. Təbii ki, bir şeirdə onların hamısını xatırlamaq mümkün deyil. Biz uyğun
məqalələrdə onların hər biri haqqında yazmışıq və inşəallah yenə də yazacağıq.
   Topçu Yavər- Mirzə Bağır Əliyev öz gündəliyində onu İran əhli Yavər Əfəndi
kimi təqdim edir. Əlavə məlumatım yoxdur. Şeirdən və Mirzə Bağır Əliyevin  
yazdığı kimi “əvvəlinci dövlət nişanı” ilə təltif olunduğuna görə deyə bilərik ki,
mahir topçu olub. Bəlkə də, Cənubi Azərbaycandan kömək məqsədi ilə gəlibmiş.
   Ərəzinli Səməd - haqqında məlumatım yoxdur. Aydın məsələdir ki, bu şəxs
Ərəzin kəndindəndir. Kəndimizin dəyərli ağsaqqallarından Yusif müəllimin
(Nağıyev Yusif  Tağı oğlu) dediklərinə görə, 1918-ci ildə qonuşu kəndlərdən bir
çox adamlar erməni zülmündən qaçıb Nehrəmə sığınmışdılar. Çox güman ki,
Səməd də həmin adamlardan biridir. Şeirdən də məlum olur ki, çox döyüşkən və
cəsarətli bir adam olub.Bu şeirdə Ərəzinli Səmədin xatırlanması həm də, Sona
xanımın bir nehrəmli kimi dürüstlüyündən və səmimiyyətindən xəbər verir.
Cəmdəyi yığdılar cəmdək üstünə- misrasına bir az aydınlıq gətirək. Andranik
Nehrəmə böyük bir qoşunla hücum edib. Qoşunun sayı ilə bağlı ( səkkiz yüz,
üç min, on min) müxtəlif rəqəmlər deyilir. Dəyərli tarixçi Musa Quliyev üç min
rəqəminin üzərində durur. Mən fikirləşirəm ki, səkkiz yüz əsgər də yetərincə
böyük qüvvədir. Topları, pulemiyotları və digər müasir silahları nəzə alsaq çox böyük qüvvədir.
   Həmin gün (4 iyul 1918 –cil), Mirzə Bağır Əliyev “Qanlı günlərimiz”də yazır:
“Andranikin dəstəsi böyük qüvvə ilə Nehrəmi əhatə etmişdir. Nehrəm əhalisi
müqavimətdə bulunaraq böyük qələbə çalmağa müvəffəq oldu. Andranikin
dəstəsi tab gətirməyib böyük bir tələfat ilə geriyə oturmağa məcbur qaldı”. O cür
silahlanmış qoşun nehrəmlilərin zərbəsinə tabgətirməyərək böyük tələfat verib,  gerii
oturdu. Aydın məsələdir ki, Andranikin ordusu çox böyük itki verib ki, geri
çəkilib. Yoxsa, hər an qanımızı içməyə hazır olan bu çaqqal sürüsü  heç bir vaxt
xoşluqla geri çəkilməzdi. Deməli, nehrəmlilər sözün əsil mənasında, cəmdəyi cəm-
dək üstünə yığıblar.
    Bu şeiri hər dəfə oxuyanda antik-yunan filosofu Aristotelin poeziya haqqında
dediyi o sözlər yadıma düşür:” Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir”.
Eyni zamanda öz-özümə düşünürəm, bir şeir öz canında gör nələri qoruyub sax-
lamaq gücündədir. Sona xanım şeirin sondan əvvəlki misrasında - “Yeri ha, yeri
ha köpək Əndiri”  deyə-deyə, sanki Andraniki ələ salır. Yəni bu döyüş meydanları,
mərdi mərdanə döyüşmək sizin işiniz deyil. Sizin işiniş zərrə qədər də abır-həya
eləmədən əlsiz-ayaqsız qocaları, dilsiz-ağızsız körpələri qətlə yetirməkdi. Və həm
də, “Nehrəmlilər göydən quşu endirir” misrası ilə onlara ağlınızı başınıza yığın de-
yir. Yoxsa, bu işlərin axırı çox pis olacaq. Təəssüflır olsun ki, ermənilər şanlı ordu-
muzun apardığı 44 günlük Vətən müharibəsinə və birgünlük antiterror əməliyya-
tına, yəni əbədi susdurulana qədər heç nəyi söz ilə başa düşmədilər.
Sona xanımın Nehrəmin qəhrəmanlıq səhifəsini əks etdirən bu şeiri sadəcə poetik
bir nümunə deyil, həm də tarixi yaddaşımızın canlı bir parçasıdır. O, təkcə bir döyüşün
hekayəsini deyil, həm də xalqımızın mərdliyini, birliyini, azadlıq eşqini və torpaq sevgisini
 nəsillərə ötürür. “Nehrəmlilər göydən quşu endirir” misrası bir simvola çevrilərək, bu gün
 də qəhrəmanlıq ruhumuzu oyadır, bizə milli kimliyimizin, azadlıq və mübarizə yolunda
 keçdiyimiz tarixi dərslərin əhəmiyyətini xatırladır.
Bu şeir həm də sübut edir ki, poeziya sadəcə sənət deyil, yaddaşdır, tarixdir, xalqın mənəvi
gücünün təcəssümüdür. Nehrəmin igid oğul və qızlarının şücaəti, 1918-ci ilin o qanlı- günlərində
olduğu kimi, bu gün də nəsillər üçün örnəkdir




Ana səhifəyə qayıt        Baxış: 1 574          Tarix: Bu gün, 10:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma