Tokio Universitetinin alimləri sındırıldıqdan sonra yenidən bərpa olunan şüşə yaradıblar
Alimlər əsas kimi sintetik polimerdən (polikarbonat) istifadə ediblər. Polimerlərdən yaradılan bərk şüşə əvvəlcə iki hissəyə bölünərək sonradan birləşdirilib. Bunun üçün yarıya bölünən şüşənin otaqda adi temperaturda birləşməsinə iki dəqiqə lazım olub. Strukturun tam möhkəmlənməsi və ağırlıqlara dözməsi üçün 1-6 saat gözləmək lazımdır.
Alimlərin fikrincə, şüşənin yenidən bərpası bölünmüş polimer molekullarının əvvəlki halına qayıdan hidrogen birləşmələrinin effekti sayəsində baş verir.
Tokio Universitetinin professoru Yusuke Yanaqisavanın sözlərinə görə, belə xüsusiyyətlərə malik şüşələr ekologiya üçün daha zərərsizdir.//AZƏRTAC