Xəbər lenti

"Problemli mövzuların həlli üçün Vaşinqton, Pekin, Tokio, hətta lazım gələrsə Pxenyanı ziyarət edə bilərəm"
Cənubi Koreyanın yeni prezidenti Mun Jae İnin paytaxt Seulda andiçmə mərasimi keçirilib. Prezident inauqurasiya zamanı bildirib ki, ABŞ-ın "THAAD" hava hücumundan müdafiə sisteminin Koreya ərazisində yerləşdirməsi prosesinə yenidən baxa  bilər.
Ovqat.com bildiri ki, Sputnik Azərbaycan bu barədə "CNBC"-ə istinadən xəbər verir. "Problemli mövzuların həlli üçün Vaşinqton, Pekin, Tokio, hətta lazım gələrsə Pxenyanı ziyarət edə bilərəm" — prezident deyib. Qeyd edək ki, Koreya yarımadasında yerləşdirilməsi planlaşdırılan “THAAD” sistemləri orta radiuslu raketlərin tutulması üçündür. Sistem, Şimali Koreyadan gələ biləcək mümkün təhlükəni uzaqlaşdırmaq məqsədi daşıyır.




Ana səhifəyə qayıt        Baxış: 756          Tarix: 10-05-2017, 15:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma