"Fərat qalxanı" ("Fırat kalkanı") əməliyyatları ilə terrorçuların Suriyada istifadə etdikləri dəhlizi tam ortasından iki yerə böldük və onları çökdürdük".
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi siyasi təşkilatın Elazığ təşkilatının konfransında deyib.
O qeyd edib ki, terrorçuları bir gecədə gözlənilmədən vurublar: "Suriyanın İdlib bölgəsində apardığımız əməliyyatlarla bu dəhlizin qərb qanadını çökdürürük. Afrindəki terrorçular təslim olmasalar oranı başlarına uçurdacağıq. Münbiçdə bizə verilən sözlər yerinə yetirilməsə, problemimizi özümüz həll edəcəyik. Heç bir terrorçu qalmayana qədər mübarizəmizi davam etdirəcəyik. Bir həftədən sonra nə etdiyimiz hamı görəcək".
R.T.Ərdoğan bildirib ki, Türkiyə ordusu dünən Suriyanın Cerablus bölgəsindən Əl Baba qədər olan hissədə 3 min İŞİD terrorçusunu məhv edib: "Sabah lazım olarsa, 3 min terrorçunu da məhv edəcəyik. Bu mübarizədə bizə qarşı çıxanlar dönüb özlərinə bir nəzər yetirsinlər. Bu dövlətin kiçik bir daş parçasını, millətin yeganə övladını kimsəyə qurban verəsi deyilik".
Türkiyə prezidenti ölkəsinin müttəfiqlərinə müraciət edib: "Suriyadakı terror təşkilatlarını dəstəkləyən müttəfiqlərimizi sınamağa davam edirəm. ABŞ Suriyada terror təşkilatlarına 4 min 900 TIR silah-sursat göndərib. Biz bunları bilirik, belə müttəfiq olmaz. Eyni zamanda təyyarə dolusu 2 min silahın qaçaq formada istifadə olunan müxtəlif hava limanlarına enərək terror təşkilatlarına verdiklərini bilirik. Onların verdikləri silahların bir hissəsi qara bazarda satılmağa başlayıb. Bir qismi də bizə qarşı istifadə olunur. Bölgədəki siyasətimizi ABŞ-la birlikdə həyata keçirmək istəyirik. Bu, birtərəfli qaydada olmaz. İlanla bir yerdə olan bunun ağır nəticələrini qəbul etməlidir. ABŞ ilan yuvasına girməkdə bu qədər israr edirsə, bunu özü bilər".
Türkiyə Prezidenti vurğulayıb ki, bugünə qədər rəsmi Ankaraya verdikləri sözləri yalan çıxan ölkələrlə birlikdə Suriyada görə biləcəkləri iş qalmayıb.
Paylaş: