Xəbər lenti

“Fərat qalxanı” (“Fırat kalkanı”) anti-terror əməliyyatı nəticəsində Suriyanın terrorçu İŞİD qruplaşmasından təmizlənən Cerablus rayonuna Türkiyədən qayıdanların sayı 48 min 150 nəfər çatıb.

“Report” "Anadolu" agentlyinə istinadən xəbər verir ki, onlar Suriyada vətəndaş müharibəsi başlayanda Türkiyəyə sığınan suriyalılardır.

Məlumata görə, geri qayıtmaq istəyən qaçqınlar uyğun icazəni almaq üçün Türkiyənin Qaziantep əyaləti valiliyinə müraciət edirlər. Hər gün 200-ə yaxın suriyalı qaçqın vacib prosedurlardan keçərək ölkələrinə dönür.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 2016-cı il avqustun 24-də terrorçu İŞİD qruplaşmasına qarşı Suriya ərazisində "Fərat qalxanı" adlı əməliyyata başlayıb. Suriya müxalifətinin iştirakı ilə sərhəddə yerləşən Cerablus və Əl-Bab şəhərlərini azad edib.




Ana səhifəyə qayıt        Baxış: 1 162          Tarix: 16-08-2017, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma