Xəbər lenti

 

"ABŞ Xəzinədarlığının hazırlayıb Konqresin müzakirəsinə verdiyi hesabatı və başlıqlarını oxusanız, sənəddəki siyahının öz düşmənlərinə qarşı mübarizə məqsədilə tutulduğunu görəcəksiniz. Hesabatda adları yer alan bütün şəxslər Vaşinqton tərəfindən düşmən elan edilib".

Ovqat.com xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında deyib.

Öz adının da siyahıda olmasını vecinə almadığını bildirən Peskov hesabatı dərindən icələyəcəklərini etiraf edib və Rusiya prezidenti Vladimir Putin həmin sənədlə bağlı bu gün görüş keçirəcəyini açıqlayıb.

Rus müxalif aktivist və "Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun qurucusu Aleksey Navalnıy da hazırlanan siyahıya münasibət bildirib. O, siyahının "yaxşı tərtib olduğunu” qeyd edərək, deyib: "Bu insanların beynəlxalq səviyyədə rəsmən saxtakar və oğru kimi tanınmasına sevindim".

Qeyd edək ki, ABŞ Xəzinədarlığının sankiya tətbiq olunması üçün hazırladığı siyahıya Rusiya Baş naziri Dimitri Medvedev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Kreml sözçüsü Dimitri Peskovla yanaşı xeyli nazir, millət vəkili və s. kimi rəhbər şəxslərin və mülkiyyətləri 1 milyard dolların üzərində olan iş adamlarının adlarının adı salınıb. “Kreml Hesabatı” adlanan sənəd dünən ABŞ Konqresinə təqdim edilib.




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 30-01-2018, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma