Yaponiya Kuril adalarında keçirilən təlimlərə görə fevralın 7-də Rusiyaya etirazını bildirib.
Azərtac NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Taro Kono bu barədə parlamentin aşağı palatasında büdcə komissiyasının iclası zamanı məlumat verib.
Rus hərbçilərinin bildirdiyinə görə, fevralın 11-dək davam edəcək təlimlərdə 2000-dən artıq hərbçi iştirak edir.
Hazırda Rusiyanın nəzarətində olan dörd adadan ibarət arxipelaqa Yaponiya da iddialıdır. Yaponiya hökumətinin mövqeyinə əsasən, həmin adalar bu ölkənin ayrılmaz tərkib hissəsidir. Həmin adaların İkinci Dünya müharibəsi nəticəsində keçmiş SSRİ tərəfindən işğal edildiyi bildirilir.
T.Kono qeyd edib ki, Rusiyanın bu təlimləri Yaponiyanın mövqeyi ilə qətiyyən düz gəlmir. Nazir bildirib ki, Rusiya ilə problemin tam aradan qaldırılması üçün ərazi mübahisəsinin həll edilməsi və sülh müqaviləsinin imzalanması tələb olunur. Yaponiya hökuməti bu məqsədə çatmaq üçün danışıqları davam etdirməkdə israrlıdır.
Paylaş: