Xəbər lenti

 Yaponiyanın Sahil Mühafizəsi İdarəsi bəyan edib ki, iyunun 5-də Çinin dörd patrul gəmisi Şərqi Çin dənizində, Senkaku adaları yaxınlığında Yaponiyaya məxsus ərazi sularına daxil olub. Hadisə səhər saat 10:30 radələrində Uotsuri adası yaxınlığında baş verib.

Ovqat.com Axar.az-a istinadən xəbər verir ki, idarənin əməkdaşlarının bildirdiyinə görə, Çin gəmiləri təqribən iki saat həmin ərazidə qalıblar.

Senakaku adaları Yaponiyanın nəzarəti altındadır. Yaponiya Hökumətinin mövqeyinə əsasən, həmin adalar ölkə ərazisinin ayrılmaz tərkib hissəsidir. Buna baxmayaraq, Çin və Tayvan da həmin adalara iddialıdırlar.




Ana səhifəyə qayıt        Baxış: 740          Tarix: 5-06-2017, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma