Xəbər lenti
Dünən, 15:52

Rusiyanın Amur vilayətində 22 mindən çox adam işıqsız qalıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Energetika Nazirliyi bildirib. Qeyd olunur ki, vilayət sakinlərinin elektrik enerjisiz qalmasına səbəb güclü qar yağması olub.

Daha öncə 19 rayonda 34 minə yaxın sakinin işıqsız qalması barədə xəbər verilmişdi. Lakin səhər saatlarından başlayaraq qəza xidmətləri qar səbəbindən yaranmış problemlərin aradan qaldırılması istiqamətində çalışır.

Hazırda Balqoveşenski, Svobodnenski, Mixaylov və Tambov rayonlarında yaşayış evləri və obyektlərin elektrik enerjisi ilə təminatında problemlər qalmaqdadır.

 




Ana səhifəyə qayıt        Baxış: 634          Tarix: 28-03-2018, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma