Xəbər lenti

Rusiyada FÖVQƏLADƏ VƏZİYYƏT: 13 min insan işıqsız qaldı

Rusiyada güclü külək nəticəsində 12 rayon elektrik enerjisiz qalıb.

Publika.az xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, qeyri-sabit hava şəraiti səbəbindən Rusiyanın Kirov, Nijeqorod,Vladimir şəhərləri də daxil olmaqla 13,7 min sakin işıqsız qalıb.

Məlumata görə, güclü külək 8 rayonda 150 ağacı yerindən çıxarıb. Yol kənarında saxlanılan 8 avtomobil yararsız hala düşüb. Qeyd edək ki, ötən gündən başlayan aramsız yağışlarla müşahidə edilən güclü küləyin sürəti saatda 25 metrə çatır.

Hadisə nəticəsində 2-si uşaq olmaqla 15 nəfər xəsarət alıb.

Elektrik enerjisinin bərpasına başlanılıb. Yaranan problemin gün ərzində aradan qaldırılacağı deyilib.

Rusiyada qasırğa ilə əlaqədar 12 rayonda fövqaladə vəziyyət elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 987          Tarix: 16-09-2017, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma