Xəbər lenti

“Bəzi dövlətlər tərəfindən digər ölkələrin ərazi bütövlüyünə qarşı aparılan siyasət sabitliyə təhdiddir və eqoizmə əsaslanır”.

Bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Monserrat bu gün Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bugünkü görüşün əsas mövzusu inkişaf naminə beynəlxalq təhlükəsizlik və sabitliyin qorunması olacaq ki, bu da bütün dünya üçün vacibdir:

“Biz mütəmadi olaraq ölkədə vəziyyəti destabilləşdirməyə, sülhə və demokratiyaya təhdid yaratmağa davam etməyə çalışan xarici qüvvələrin qurbanına çevrilirik. Onlar ölkənin iqtisadi inkişafına təsir edən qanunsuz sanksiyalar tətbiq edirlər. Lakin bu cür təhdidlər bizi yalnız birləşdirir“.

X.A.Monserrat əlavə edib ki, bu gün, XXI əsrdə ölkələr yenidən “soyuq müharibə”nin nəticələri ilə qarşılaşırlar:

“Dövlətlərin daxili işlərinə müdaxilə davam edir. Qoşulmama Hərəkatı isə problemin həllində müsbət rol oynamaq istəyir. Biz dünyada sosial ədalətə xidmət etmək üçün təşkilatı inkişaf etdirmək niyyətindəyik. Biz ölkələrin daxili siyasətinə müdaxilənin qarşısını almalıyıq. Biz bütün mədəniyyətlərə, dinlərə, ərazi bütövlüyü prinsipinə və sülh və inkişaf daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşmalıyıq”.

Trend.az

 




Ana səhifəyə qayıt        Baxış: 704          Tarix: 5-04-2018, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma