Xəbər lenti

“Prosesləri izləyirik, görək baş verənlər bizə nəyi göstərəcək”.

Bu sözləri Türkiyə XİN sözçüsü Hami Aksoy ona ünvanlanmış “ABŞ Suriyanı vursa, Türkiyə bu əməliyyata dəstək verəcəkmi” sualına cavab verərkən deyib.

“Kimyəvi hücum insanlığa qarşı törədilmiş cinayətdir. Belə bir hücumun təkrarlanmaması üçün günahkarlar cəzalandırılmalıdır”, – Aksoy bildirib.

Qeyd edək ki, son vaxtlar Suriyanın Şərqi Qutaya kimyəvi hücum etməsi böyük xaosa səbəb olub. ABŞ-ın Suriyanın hərbi obyektlərinə zərbə endirəcəyi gözlənilir/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 566          Tarix: 12-04-2018, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma