
Əsəd rejiminin kimyəvi silahdan istifadə etməyə hazırlaşması haqda məlumat əldə etmişik.
Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Şon Spayser deyib.
“Bu hazırlıqlar aprelin 4-də həyata keçirilən kimyəvi hücumun təkrarının ola biləcəyinə işarə edir. ABŞ Suriyada İŞİD-ə qarşı mübarizə aparır. Lakin Cənab Əsəd kimyəvi silahdan istifadə edib daha bir kütləvi qırğına səbəb olsa, çox ağır şəkildə cəzalandırılacaq”, - Spayser bildirib.
Qeyd edək ki, Əsəd rejiminin aprelin 4-də İdlibin Xan-Şeyxun şəhərinə kimyəvi bomba atması nəticəsində 80 dinc sakin ölüb, 200 nəfər yaralanıb. ABŞ Bəşər Əsədin bu hücumuna cavab olaraq aprelin 7-də Şayrat bazasına raket hücumu həyata keçirib. Pentaqon bazanı 59 raket zərbəsi ilə darmadağın etdiyini açıqlayıb.
Paylaş: