Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin nazirlər kabinetində kadr dəyişiklikləri ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.

Trend-in məlumatına görə, bunu prezidentin mətbuat katibi Dmitriy Peskov deyib.

Xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən gedəcəyi ilə bağlı suala cavabında isə mətbuat katibi bildirib ki, bu, fərziyyədir və hər hansı nazir dəyişikliyi olarsa, ictimaiyyət bundan dərhal xəbər tutacaq.

Qeyd edək ki, bəzi KİV-lərdə Sergey Lavrovun vəzifəsindən gedəcəyi ilə bağlı məlumatlar yayılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 630          Tarix: 13-04-2018, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma