Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli bu gün görüş keçirəcəklər.

Trend-in məlumatına görə, görüşdə MHP liderinin ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklifi müzakirə olunacaq.

R.T.Ərdoğanla D.Bahçelinin görüşünün Ankarada Prezident iqamətgahında keçiriləcəyi bildirilir.

 

Xatırladaq ki, ötən gün D.Bahçeli Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib. O vurğulayıb ki, regiondakı siyasi vəziyyəti nəzərə alaraq Türkiyədə seçkilərin keçirilməsini gecikdirmək olmaz.

Qeyd edək ki, 2019-cu ildə Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 954          Tarix: 18-04-2018, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma