Bir qrup amerikalı konqresmen ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizəd kimi göstərilməsini təklif edib.
“Report” RBK-ya istinadən xəbər verir ki, Nobel Komitəsinə göndərilən məktubun mətnini konqresmen Lyuk Messerin mətbuat xidməti dərc edib. D.Trampın əsas xidməti kimi Koreya yarımadasındakı böhrana sona qoyulması üzrə səyləri göstərilir.
Məktub müəllifləri bildirirlər ki, ABŞ lideri nüvə proqramının dayandırılması üçün KXDR-ə təzyiq göstərib və tarixdəki ən uğurlu beynəlxalq sanksiyalardan birinin təşəbbüskarı olub.
Konqresmenlər hesab edirlər ki, məhz bu amillər Şimali Koreyanı danışıqlara başlamağa məcbur edib. Qeyd edək ki, daha əvvəl Cənubi Koreya lideri Mun Çje İn Donald Trampın Nobel Sülh Mükafatına layiq olduğunu söyləyib.
Paylaş: