Çinin neft-qaz şirkəti – CNPC İranın “Cənubi Pars 11” qaz layihəsində iştirak edən Fransanın “Total” şirkətinin payını almaq imkanlarını nəzərdən keçirir.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin şirkətindəki mənbə bildirib.
Xatırladaq ki, İran Milli Neft Şirkəti ötən ilin iyul ayında “Cənub Pars” yatağının 11-ci fazada işlənməsinə dair “Totat”la müqavilə bağlayıb. Dəyəri 1 mlrd. ABŞ dolları olan layihədə Fransa şirkəti 50,1%, CNPC 30%, İranın “Petropars” şirkəti isə 19,9% paya malikdir.
Bu günlərdə “Total” bəyan edib ki, layihədən çıxa bilər. Şirkət buna səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları əsas gətirib. “Total”ın layihədə qala bilməsi üçün Fransa və Avropanın müvafiq orqanları ABŞ hakimiyyətindən xüsusi icazə almalıdırlar ki, “Total” gələcəkdə sanksiyalara məruz qalmasın.
Paylaş: