Xəbər lenti

Bir trln. ABŞ dollarından çox aktivləri olan Norveç Pensiya (Neft) Fondu investisiya portfelində mövcud olan 37 mlrd. dollarlıq bütün neft-qaz şirkətlərinin səhmlərini satmaq üçün hökumətə müraciət edib. 

"Report" "Habertürk" saytına istinadən xəbər verir ki, fondun sərəncamında "Shell", BP, "Total", "ExxonMobil" və "Chevron" kimi nəhəng neft-qaz şirkətlərinin səhmləri var.

Mərkəzi Bank və Neft Fondu rəhbərləri tərəfindən imzalanan sənəd parlamentə göndərilib. Təklifin qəbul edilməsi durumunda fondun neft-qaz sektoruna yatırımı qalmayacaq. Bu qərarla Norveç hökuməti neftin qiymətində mümkün ucuzlaşmaya qarşı özünü sığortalamaq fikrindədir.

Qeyd edək ki, Norveç Neft Fondu "Shell"in 2,3%, BP-nin 1,7%, "Total"in 1,6%, "Chevron"un 0,9% və "ExxonMobil"in 0,8% səhmlərinə sahibdir. Neft-qaz sektoruna investisiyaların məcmu portfeldə xüsusi çəkisi isə 6,4% olub və 7-ci sırada yer alır. İlk sırada isə 23,3% payla maliyyə sektorunun səhmləri yer alır.




Ana səhifəyə qayıt        Baxış: 1 127          Tarix: 17-11-2017, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma