Xəbər lenti

Çərşənbə axşamı Sinqapurda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında təkbətək görüş Bakı vaxtı ilə 05:15-də başlayacaq və 45 dəqiqə davam edəcək.

Bu barədə Amerika liderinin Ağ ev tərəfindən dərc olunan gündəlik cədvəlində qeyd olunub.

Ardınca bir saat yarım ərzində geniş tərkibdə danışıqlar aparılacaq. Bu görüş Bakı vaxtı ilə 07:00-da bitəcək. Daha sonra ABŞ və Şimali Koreya liderləri işgüzar nahar edəcəklər.

Üç saatdan sonra, yəni Bakı vaxtı ilə 12.00-da Amerika lideri həmkarı ilə aparılacaq danışıqların yekunlarına dair mətbuat konfransı keçirəcək.

Tramp jurnalistlərlə görüşdən sonra hava limanına yollanacaq/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 12-06-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma