Xəbər lenti

ABŞ Prezidenti Donald Trampın və Koreya Respublikasının Prezidenti Mun Ce-in mayın 22-də Vaşinqtonda görüşü olacaq.

Azərtac Yonhap agentliyinə istinadla xəbər verir ki, “Ağ ev”də keçiriləcək görüşdə Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə məsələsi əsas müzakirə mövzusu olacaq. ABŞ tərəfi aprelin 27-də Mun Ce-in və KXDR lideri Kim Çen In arasında keçirilmiş tarixi görüş barədə məlumatlandırılacaq.

Qeyd edək ki, mayın sonu və ya iyunun əvvəlində Şimali Koreya və ABŞ liderlərinin görüşü nəzərdə tutulub. Görüşün iki Koreya arasında demilitarizasiya zonasında yerləşən Panmuncom qəsəbəsində keçiriləcəyi bildirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 820          Tarix: 5-05-2018, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma