Cənubi Koreyada səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo silsilə görüşlər keçirib, Yaponiyadan və Cənubi Koreyadan olan həmkarları ilə müzakirələr aparıb.
Azərtac NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın və Cənubi Koreyanın xarici işlər nazirləri ilə görüş zamanı ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen In ilə bu həftə keçirilən görüşünün detalları müzakirə olunub. M.Pompeo həmkarlarını həmin görüş zamanı əldə edilən razılaşmanın detalları barədə məlumatlandırıb.
Telekanalın yaydığı məlumata görə, M.Pompeonun əsas vəzifəsi D.Trampın K.M.In ilə görüşündə əldə edilən qeyri-müəyyən öhdəlikləri konkret plana çevirməkdir.
Xatırladaq ki, ötən çərşənbə axşamı baş tutan görüş zamanı imzalanan razılaşmaya əsasən Şimali Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə öhdəlik götürüb. Lakin həmin sənəddə bu prosesin həyata keçirilməsi müddəti və onun necə yoxlanması barədə müddəalar yoxdur.
Paylaş: