Xəbər lenti

Kommersant” qəzetinin Rusiyadan Ermənistana 100 milyon dollarlıq kreditin sual altında olmasıyla bağlı yazdığı “korrekt deyil””.

Strateq.az xəbər verir ki, bunu bu gün – avqustun 3-də Dilicanda Rusiya müdafiə nazirinin müavini, general polkovnik Aleksandr Fomin “Azadlıq” radiosunun erməni xidmətinin sualına cavabında deyib.

“Bu, korrekt informasiya deyil, bunu təsdiqləmirəm”, – rusiyalı general bildirib. Kreditlə bağlı hansı informasiyaya malik olmasına dair suala cavabında Fomin deyib ki, “hər şey işləyir”.

KTMT-nin baş katibi Yuri Xaçaturovun ətrafındakı duruma gəlincə, Rusiya müdafiə nazirinin müavini söyləyib: “Ermənistan Respublikası ədalət mühakiməsini gerçəkləşdirir. Bununla bağlı şərhim yoxdur”.

Xatırladaq ki, Rusiyanın məşhur “Kommersant” qəzeti dövlət strukturlarındakı mənbələrə istinadla yazmışdı ki, Ermənistana 100 milyon dollarlıq silah verməsi sual altındadır. Qəzetin yazdığına görə, Ermənistanın indiki hakimiyyətinin keçmiş liderləri təqib etməsi, özəlliklə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb olunması Kremli qəzəbləndirib. Moskva sonuncu insidenti hərbi blokun imicinə ciddi zərbə sayır və KTMT-yə digər ölkə təmsilçisinin rəhbərlik edəcəyini istisna etmir.

Ermənistan XİN artıq Moskvanın tənqidinə cavab verib. Qurumun sözçüsü Tiqran Balayan deyib: “Ermənistanda daxili proseslərə beynəlxalq reaksiya izlənir və bu proseslər hüquqi dövlət, müstəqil məhkəmə qurulmasına, korrupsiyayla mübarizəyə söykənir. Ölkənin xarici siyasət prioritetləri Ermənistan-Rusiya münasibətlərinin daha da dərinləşdirilməsini, KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı əməkdaşlığın səmərəsinin artırılmasını hədəfləyir”.

İyulun 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda son baş verənlərin narahatlıq yaratdığını demişdi. Onun fikrincə, bütün bunlar “yeni rəhbərlərin sələflərini siyasi motivlərlə təqib etməyəcəyinə dair bəyanatları ilə uzlaşmır”.

 




Ana səhifəyə qayıt        Baxış: 539          Tarix: 3-08-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma