
Rusiya Ermənistana silah təchizatını davam etdirməyə razılaşıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Kommersant” qəzetinə müsahibəsində deyib. Qəzet müsahibəni sentyabrın 9-da dərc edib. Bir gün öncə isə Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. “Rusiyanın silahları mütəmadi təchiz etməsinə razılaşdıq”, – Paşinyan Putinlə görüşlərdə hansı razılaşmaların əldə olunması barədə sualı belə cavablandırıb.
Baş nazirin deməsinə görə, silahların maliyyələşməsi kredit yoluyla təmin olunacaq, “başqa variantlar da götür-qoy olunacaq”.
2017-ci ilin noyabrında Ermənistan Rusiyadan silah satışının maliyyələşməsindən ötrü Moskvadan 100 milyon dollar borc alıb. TASS dövlət xəbər agentliyinin yazmasına görə, kredit Yerevana 2018-2022-ci illər üçün ayrılıb.
Hazırda Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik qalmaqdadır. (Azadlıq Radiosu)
Paylaş: