Xəbər lenti

Göyərtəsində 14 Rusiya hərbçisi olan “İl-20” kəşfiyyat-radioelektron mübarizə təyyarəsi Hmeymim bazasına qayıdarkən vurulub. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata təyyarənin göyərtəsində olan 15 hərbçinin hamısı həlak olub. Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, “İl-20” təyyarəsi Suriya HHQ-yə aid S-200 raket kompleksi tərəfindən vurulub.

Həmin vaxt İsrail qırıcıları Latakiyə və Tartus şəhərlərindəki hədəflərə raket zərbələri endirirdi. Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri isə İsrail qırıcılarını vurmağa çalışırdı. Lakin suriyalıların buraxdığı “S-200” raketi İsrail qırıcılarına yox, həmin rayonda uçan Rusiya təyyarəsinə dəyib.

Strateq.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu  vurulan “İl-20” kəşfiyyat təyyarəsinə görə rəsmən İsraili günahlandırıb. Bu haqda Şoyqu İsrail müdafiə naziri Aviqdor Libermanla telefon danışığı zamanı bildirib.

Sergey Şoyqunun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi dəfələrlə müxtəlif kanallarla İsrail ordusunu Suriyaya zərbələrdən çəkinməyə çağırmışdı. O, habelə qeyd edib ki, Moskva İsrailə münasibətdə sonrakı addımlar barədə hüququnu özündə saxlayır.

Bir qədər öncə İsrailin Moskvadakı səfiri Harri Koren Rusiya XİN-ə çağırılıb. Rusiya mətbuatının yaydığı məlumata görə, bu, Aralıq dənizinin üzərində Rusiyanın “İl-20” hərbi təyyarəsinin vurulması ilə bağlıdır.

 




Ana səhifəyə qayıt        Baxış: 549          Tarix: 18-09-2018, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma