Rusiya Prezidenti Vladimir Putin Suriyada “İl-20” təyyarəsinin qəzası zamanı həlak olmuş hərbçilərin doğmalarına və yaxınlarına, habelə xidmət yoldaşlarına başsağlığı verib.
Bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Xatırladaq ki, sentyabrın 17-də Rusiyaya məxsus “İl-20” təyyarəsi Suriyanın Hmeymim aviabazasına qayıdarkən Aralıq dənizi sahillərindən 35 kilometr məsafədə təyyarə ilə əlaqə kəsilib.
RF Müdafiə Nazirliyindən verilən məlumata görə Rusiya təyyarəsi İsrail Hərbi Hava Qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində vurulub. Rusiyanın 15 hərbi qulluqçusu həlak olub.
RF Müdafiə Nazirliyində bildiriblər ki, nazir Sergey Şoyqu İsrailin müdafiə naziri Aviqdor Liberman ilə telefon söhbəti zamanı Rusiyanın İsrailə münasibətdə cavab addımları atmaq hüququnu saxladığını vurğulayıb/Azərtac.
Paylaş: