Neft İxrac Edən Ölkələr Birliyində (OPEC) istehsalın həcminə görə 3-cü olan İrana qarşı sanksiyalar tətbiq olunsa, Səudiyyə Ərəbistanı neftə olan təlabatı ödəyə bilməyəcək.
“Report” xəbər verir ki, bunu “The Wall Street Journal” nəşri yazıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının milli neft şirkəti – “Saudi Aramco” bəyan edib ki, gələn ay neft tədarükünü məhdud çərçivədə həyata keçirəcək. Müəllif hesab edir ki, bu da son nəticədə dünya bazarında neftin 1 barelinin qiymətinin 80 ABŞ dollarından aşağı düşməsinə imkan verməyəcək.
Analitiklər “qara qızıl”ın qiymətinin hətta 90-100 dollar/barelə çatacağını istisna etmirlər və neftin bahalaşmasını rəsmi Vaşinqtonun siyasətinin bumeranq effekti verməsi kimi qiymətləndirirlər.
Xatırladaq ki, İranın neft naziri Bijan Namdar Zangane bir qədər əvvəl bəyan edib ki, ölkəsinin maraqlarına təhdid olacağı təqdirdə, OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin bu gün Əlcəzairdə keçirilən iclasında qəbul olunan istənilən qərarına veto qoyacaq.
Paylaş: