Xəbər lenti
Dünən, 19:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki 81 vilayətdən 39-na, o cümlədən Ankara və İstanbula yeni valilər təyin edib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə müvafiq fərman şənbə günü “Rəsmi qəzet”də dərc olunub.

Fərmana əsasən, İstanbul valisi Vasip Şahin Ankaraya, Qaziantep valisi Əli Yerlikaya isə İstanbula təyinat alıb. O cümlədən 20 vilayətə yeni valilər, 18 vilayətə digər vilayətlərdən, 1 vilayətə isə mərkəzi valilikdən valilər təyin olunub.

Valisi dəyişən 39 vilayətdən 13-ü böyükşəhər statusludur.

 




Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 27-10-2018, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma