Xəbər lenti

Ankara valisi Ercan Topaca Etimesgut mahalında zərəsizləşdirilən 2 İŞİD terrorçusunun şəxsiyyətlərinin hələ təsbit edilmədiyini bildirib.  Öldürülən terrorçuların üzərlərindən çıxan ilkin əlyazma çertyojlarından haranı hədəf aldığı məlum olub. Həmin çertyojlarda AK Partiya konqresi və Dikmendə bir qeyri-hökumət təşkilatının hədəf alındığı açıqlanıb.

Qeyd edək ki, ötən gün səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib. Əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfər təslim olmayınca məhv ediliblər.

Ankara valisi Ercan Topaca terrorçuları gətirən şəxsin Azərbaycan əsilli olduğunu, öldürülən və iki terrorçunun da əcnəbi olduğunun ehtimal edildiyini söyləyib: "Ancaq bu, hazırda dəqiqləşdirilir. Bir neçə saat ərzində 25-30 yaşlı bu iki terrorçunun şəxsiyyəti dəqiqləşdiriləcək".  Milli.az Milliyet-ə istinadən xəbər verir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 161          Tarix: 22-05-2017, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma