Xəbər lenti

 

“Şərqi Liviya silahlı qüvvələri” adlanan və Qərbdə daha çox üsyançılar kimi tanınan silahlı birləşmələr mərkəzdə möhkəmlənib ölkəni tam ələ keçirmək üçün qəti hücuma hazırlaşırlar.

BƏƏ-də fəaliyyət göstərən “Gulf News” agentliyinin məlumatına əsasən, Qərbin dəstəklədiyi mərkəzi hökuməti tanımayan üsyançılar əllərində olmayan son neft yataqlarını tutmağı bacarıblar.

Qərb diplomatlarının söylədiyinə görə, üsyançıların hərəkət sürətindən heyrətlənən BMT indi şərq qüvvələrinin komandanı general Xəlif Xəftər və legitim hakimyyətin rəhbəri, baş nazir Faiz əl-Sarac arasında vasitəçilik rolunu yenidən bərpa etməyə çalışır.

Avropa və ABŞ bu təşəbbüsün Muəmmər Qəzzafini devirlməsindən sonra ölkədə yaranan xaosu önləmək yolunda sonuncu şans olmasından ehtiyat edir.

Əgər Xəlif Xəftər həqiqətən paytaxt Tripolini ələ keçirsə, bu, Putin rejiminin Qərb üzərində Suriyadan sonra ikinci böyük zəfəri sayılacaq.

Xəlif Xəftər rəsmi surətdə Rusiya müdaifə naziri Sergey Şoyqu və xarici işlər naziri Segey Lavrov tərəfindən ölkə lideri kimi qəbul olunan adamdır.

Rəsmi Moskvanın üsyançı generala 2 milyard dollarlıq silah yardımı etdiyi də bilinir.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 11-03-2019, 20:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma