Xəbər lenti
 
 Rusiya prezidenti Vladimir Putin mayın 3-də Soçidə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Qarabağ münaqişəsini də müzakirə edəcək.
Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
Tərəflər Qarabağla yanaşı, digər regional və beynəlxalq problemləri, xüsusən Suriya münaqişəsini də diqqətdə saxlayacaqlar.
“Prezidentlər Türkiyə-Rusiya münasibətlərinin bütün spektri, o cümlədən 10 martda Moskvada 6-cı Ali Əməkdaşlıq Şurasının iclasında  əldə olunmuş razılaşmaları da gözdən keçirəcəklər”-deyə Kremlin mətbuat xidməti məlumat yayıb.(Modern.az)



Ana səhifəyə qayıt        Baxış: 1 148          Tarix: 28-04-2017, 20:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma