Xəbər lenti

 

İsrail və Yunanıstan xarici işlər nazirləri Türkiyəni birgə hədəf alıblar.

Teleqraf.com xəbər verir ki, İsrail xarici işlər naziri Yısrael Katz və Yunanıstan xarici işlər naziri Nikos Dendias ilə görüşdən sonra mətbuat konfransı keçiriblər.

Naziri Yısrael Katz bildirib ki, görüşdə regional məsələlər, İran və Türkiyənin yaratdığı təhdidlər, təhlükəsizlik və sabitlik problemlərini müzakirə ediblər: “İran nüvə proqramları, raket, Hizbullah və Həmas kimi terror təşkilatlarına verdiyi dəstəklə təhdid yaradır. Türkiyə Suriyadakı kürdlərə hücumu, həyata keçirdiyi sistematik hava və dəniz əməliyyatları, hava sahəsini pozması, habelə radikal təşkilatlara dəstəyi bölgəni narahat edir”.

Yunanıstan xarici işlər naziri Nikos Dendias deyib ki, Suriyanın ərazi bütövlüyünü qorumaq və siyasi həll yolu tapılmalıdır. O, Yunanıstan tərəfinin BMT-nin Suriya üzrə xüsusi nümayəndəsini dəstəklədiyini bildirib.

Türkiyənin Aralıq dənizində və Suriyadakı hərəkətlərinin İsrail tərəfi ilə müzakirə olunduğunu dilə gətirən Nikos Dendias əlavə edib ki, Türkiyənin təhqiramiz hərəkəti istiqlal və sülh cəhdlərini pozur.




Ana səhifəyə qayıt        Baxış: 1 930          Tarix: 1-11-2019, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma