Xəbər lenti

Suriyanın şimalında hələ də YPG terror təşkilatının mənsubları ola bilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Türkiyə ilə Rusiya arasında imzalanan Soçi memorandumu haqqında danışan nazir bildirib ki, terrorçuların Suriyanın şimalından geri çəkilməsi prosesi demək olar ki, tamamlanıb. Lakin bölgədə hələ də qalanlar ola bilər.
Lavrov həmçinin rəsmi Ankaranın Moskvaya yeni bir əməliyyata başlamaq istəyinin olmadığını bildirdiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Soçidə Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılmasına dair memorandum imzalanmışdı. Sənədə əsasən, Türkiyə Rusiya ilə birgə Fərat çayının şərqindən başlamaqla sərhədlərini terrorçulardan təmizləməli və burada suriyalı qaçqınları yerləşdirməlidir.




Ana səhifəyə qayıt        Baxış: 957          Tarix: 20-11-2019, 15:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma