Xəbər lenti

Böyük Britaniya bu həftəsonu Fələstinin dövlətçiliyini rəsmən tanıyacaq.

Oxu.Az bu barədə "The Times" qəzetinə istinadla xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın səfərindən sonra müvafiq bəyanatla çıxış edəcək.

Nəşrin məlumatına görə, Starmer ABŞ-nin bu məsələdə Britaniyanın mövqeyini dəstəkləmədiyini nəzərə alaraq, Trampın Birləşmiş Krallığa səfərini pozmamaq üçün Fələstinin tanınması ilə bağlı rəsmi bəyanatı bu həftənin sonuna qədər təxirə salıb.




Ana səhifəyə qayıt        Baxış: 2 939          Tarix: 18-09-2025, 09:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma