
"Ermənistan hökumətinin ölkənin viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı Türkiyənin hər hansı tələbi ilə bağlı deyil".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.
"Pasport möhürlərinə gəlincə, bu məsələ bir neçə ay əvvəl gündəmə gəlib. Bu məsələ Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna da bilməz. Legitimlik amili bizim təhlükəsizlik strategiyamızda mühümdür. Biz özümüz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi ilə ərazi bütövlüyünü və suverenliyini tanımalıyıq və tanıyırıq da. Dövlətimizin sabitliyini təmin etmək üçün strategiyamız var. Bunun üçün də dövləti düzgün vəziyyətə gətirməliyik", - deyə o qeyd edib.
Xatırladaq ki, sərhəd keçidlərində viza möhürlərinin dəyişdirilməsi ilə bağlı qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.
Paylaş: