Xəbər lenti

 

Keçən ay Rusiya hava hücumundan müdafiə sistemləri Liviyanın Trablus bölgəsində ABŞ ordusunun Pilotsuz Uçan Aparatını (PUA) vurub.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının (AFRICOM) rəisi general Stefan Tovnsend məlumat verib.

General iddia edir ki, rus hərbçiləri PUA-nı vuranda bunun ABŞ ordusuna məxsus olduğunu bilməyib:

“Amma indi kimə aid olduqlarını bilirlər və PUA-nın qalıqlarını geri vermək istəmirlər. Harada olduğunu bilmədiklərini deyirlər”.

AFRICOM-un sözçüsü Kristofer Karns PUA-nın noyabrın 21-də yoxa çıxdığını açıqlayıb. \\Teleqraf.com 




Ana səhifəyə qayıt        Baxış: 388          Tarix: 7-12-2019, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma