Xəbər lenti

 

“Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında yanvarda keçiriləcək görüşdə Türkiyənin Liviyaya hərbi dəstək məsələsi müzakirə olunacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremldən Rusiya mətbuatına verilən açıqlamada bildirilib.

Açıqlamada bildirilib ki, Rusiya Liviya böhranının həlli üçün göstərilən bütün səyləri dəstəkləyir.

Liviya hökumətinin başçısı Fəyaz əl-Sərracla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında İstanbulda keçirilən görüşdə bu ölkəyə türk hərbi qüvvələrinin göndərilməsi barədə müqavilə imzalanıb.




Ana səhifəyə qayıt        Baxış: 557          Tarix: 17-12-2019, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma