Xəbər lenti

 

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Bu barədə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev deyib.

"Hansı məsələlərin müzakirə olanacağını söyləmək hələ tezdir. Əlbəttə ki, ikitərəfli əməkdaşlıq və digər ən vacib məsələ, Suriyadakı vəziyyət, bununla bağlı qarşılıqlı fəaliyyət və koordinasiya məsələləri müzakirə olunacaq", - deyə o bildirib.

A.Lavrentiyev əlavə edib ki, görüşdə Suriya ilə bağlı beynəlxalq konfransın keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılır.

Qeyd edək ki yanvarın 8-da Rusiya və Türkiyə prezidentləri İstanbulda görüşəcək. \\APA




Ana səhifəyə qayıt        Baxış: 382          Tarix: 11-12-2019, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma