Xəbər lenti

 

Türkiyənin Bağdaddakı səfiri Fateh Yıldız NTV kanalına açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, Fateh Yıldız ABŞ səfirliyinin tam boşaldılmadığını bildirib: "Orda çalışanlar var. Səfirliyin tam təxliyə olunduğunu zənn etmirəm".

Aksiyaçıların artıq ABŞ-ın Bağdaddakı səfirliyinin binasına daxil olduğu bildirilir.

***

13:57

Bağdadda ABŞ səfirliyi önünə toplaşan Haşdi-Şəbi qüvvələrinin tərəfdarları səfirliyə daxil olmağa cəhd edir.

Teleqraf.com xəbər verir ki, onlar ötən gün ABŞ-ın İraqdakı və Suriyadakı Haşdi-Şəbi qüvvələrinə avia zərbələr endirməsinə etiraz edir.

İraq Hizbullahı ("Xətaib Hizbullah") və Haşdi-Şəbi bayraqları ilə səfirliyin binasına daxil olmağa çalışan insanlar Vaşinqtona qarşı şüarlar səsləndirir. Məlumata görə, etirazçılar səfirliyin binasına atəş açıb. Səfirlikdə olan diplomatlar isə etirazdan əvvəl diplomatik binadan çıxarılıb.

Artıq şiə etirazçılar səfirliyin önündə etiraz çadırları qurmağa başlayıb. Onlar səfirliyin binasının divarlarına “xalq tərəfindən bağlandı” sözləri yazıblar.




Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 31-12-2019, 14:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma