Ali Şura İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndis haqqında məlumatların İraq tərəfindən ABŞ-a ötürüldüyü təxmin edilir.
Həşd-əş Şabi tərəfindən verilən yazılı açıqlamada Suriyanın paytaxtı Dəməşqdən gələn Süleymaninin təyyarəsinin yerli saatla axşam saat 11-də Bağdad Beynəlxalq Hava Limanında eniş edəcəyi bildirilib.
Mühəndisin Süleymani ilə eyni təyyarədə olmadığı, ancaq onu qarşılamaq üçün hava limanına getdiyi bildirilən açıqlamada kəşfiyyat məlumatının iraqlılar tərəfindən ABŞ-a sızdırıldığı təxmin edilir.
Açıqlamada hücumun ABŞ-a aid silahlı insansız hava nəqliyyatı ilə gecə yarısı həyata keçirildiyi, hadisənin tam olaraq nəqliyyatın hərəkət etməsi və hava limanının çıxış qapısına çatması ilə eyni anda olduğu da vurğulanıb. \\Oxu
Paylaş: