Xəbər lenti
28-01-2026, 17:04
28-01-2026, 12:02

 

İranın İraqda hərbi bazalara raket hücumu nəticəsində ümumilikdə 34 amerikalı hərbçi xəsarət alıb.

Bu barədə Pentaqon nümayəndəsi Conatan Hoffman deyib.

“Son məlumata görə, 34 hərbçi kontuziya və travma alıb”, - deyə Hoffman bildirib.

Pentaqon rəsmisi bildirib ki, 8 hərbçi ABŞ-da, 9-u isə Almaniyada müalicə alır. Qalanları isə İraqda bazaya qayıdıb.

Qeyd edək ki, Hoffmanın bəhs etdiyi hücum 8 yanvarda, iranlı general Qasım Süleymaninin öldürüməsinə cavab olaraq həyata keçirilmişdi.

Həmin vaxt ABŞ Prezidenti Donald Tramp hücumda xəsarət alan amerikalı hərbçilərin olmadığını bildirmişdi. \\Axar




Ana səhifəyə qayıt        Baxış: 700          Tarix: 24-01-2020, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma