ABŞ-ın Müdafiə Nazirliyi bildirib ki, Birləşmiş Ştatların İraqda iki əsgəri səhv artilleriya atəşi nəticəsində həlak olub.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmisi Robert Menninq bildirib.
Lakin bununla yanaşı, Pentaqondan bu səhvin səbəbini dəqiqləşdirməyiblər.
"Artilleriya qurğusu İŞİD tərəfindən atılan minaatan atəşinə cavab verib. Bu vaxt yanlışlıq olub, 7 nəfər xəsarət alıb", – deyə R.Menninq qeyd edib.
ABŞ-ın hərbi strukturunun açıqlamasında həmçinin bildirilir ki, atəş nəticəsində Nyu-York ştatından, Bruklindən olan çavuş Roşeyn Bruks və Texas ştatından, Allendən olan çavuş Allen Stiqler-kiçik həlak olublar. Hər iki hərbçi 82-ci hava desantı diviziyasının şəxsi heyəti olub.
Qeyd edək ki, bir neçə gün əvvəl yayıılan xəbərə görə, İraqda ABŞ-ın iki hərbi qulluqçusu həlak olub, daha 5 nəfər yaralanıb.
Paylaş: